Qulu Məhərrəmli: Bu dünyada ancaq quşlar pulsuz oxuya bilər
13:06 11.09.2024
Media
1042
Əməkdar artist Elza Seyidcahanın verilişdə aparıcılıq etməsi üçün istədiyi qonorarın məbləği açıqlanıb.
Sherg.az olay-a istinadən bildirir ki, bu haqda Zaur Nəbioğlu aparıcısı olduğu "Rəngarəng" verilişində danışıb.
Proqramında qonaq olan Elzanın özündə daha çox danışdığını görən Zaur "Bəlkə mənimlə bu verilişdə apacılıq edəsiniz?" sualını qarşı tərəfə ünvanlayıb.
Seyidcahan isə "Niyə də yox... Baxaram, əgər vaxtım olsa və verəcəyiniz qonorar məni qanə etsə səninlə bu verilişi apararam" cavabını verib.
Nəbioğlu isə bildirib ki, Elza bir günlük bu verilişdə aparıcılıq etməsi üçün ondan 2000 manat qonorar istəyib
"Günlük 2000 manat istəyirsinizsə... Bir ayda 22 dəfə efirdə oluruq. Bu isə edir 44 min manat. Elza Seyidcahan bu verilişi aparmaq üçün bizdən 44 min manat pul istəyir"
Professor Qulu Məhərrəmli isə “Sherg.az”a açıqlamasında deyib ki, özünə güvənən sənət adamının aparıcılıq üçün televiziyadan hansısa məbləğdə qonorar isəməsinə normal baxır:
“Çünki bu dünyada ancaq quşlar pulsuz oxuya bilər. Ona görə də hər bir şeyin öz dəyəri olmalıdır. Əlbəttə ki, imkanlarını şişirdən aparıcılar da, normal məbləğ istəyən aparıcılar da ola bilir. Bizə nümunəvi, intellektual, davranışı, danışığı, nitqi nümunə ola biləcək aparıcılar lazımdır. Bu adamlar şou biznesdən də, sənət aləmindən də ola bilir. Bizdə vaxtı ilə yaxşı veriliş aparan sənət və musiqi adamları olub. Məsələn, Mübariz Tağıyev, Brilliant Dadaşova, Faiq Ağayev və Aygün Kazımova verilişlərdə aparıcılıq ediblər. Düşünürəm ki, bu onlarda yaxşı da alınırdı. Başqa nümunəvi aparıcılar da olub. Ümumiyyətlə aparıcı hər cəhətdən nümunəvi olmalıdır. Digər tərəfdən bizdə tanınmış şəxslərin veriliş aparması bir az populyarlıq gətirir. Ona görə də bu məsələlərə diqqət yetirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət