
Suat Delgen: Ukrayna böhranı və Tramp faktoru Almaniyanı hərbiləşdirir
08:17 25.07.2025
Dünya
542
Almaniya 2031-ci ilə qədər 18 yaşlı gənclər arasından könüllülərin sayını hər il 40 min nəfərə çatdırmaqla “Avropanın ən güclü ordusu”nu yaratmağa hazırlaşır.
Məlumatı “Financial Times” paylaşıb.
Nəşrin məlumatına görə, Almaniya hökumətinə avqustun sonunda alman ordusunu xeyli gücləndirəcək qanun layihəsi təqdim olunacaq. 2025-ci ildə Almaniya Müdafiə Nazirliyi könüllülər proqramı çərçivəsində 15 min gəncin işə götürülməsini gözləyir. Bu rəqəmin 3-5 min nəfər artırılması təklif edilir.
Könüllülərə vergilərsiz ayda 2 min avro maaş veriləcəyi gözlənilir. Onlar yeni bacarıq və ixtisaslar əldə edə, dil kursları keçə və sürücülük vəsiqəsi almaq üçün subsidiyalar ala biləcəklər.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a bildirib ki, Almaniya Avropa İttifaqı (Aİ) daxilində bu günə qədər ən böyük iqtisadi güc olaraq təhlükəsizliyini NATO vasitəsilə, əsasən də ABŞ üzərindən təmin edirdi:

"Lakin Ukrayna böhranından sonra və xüsusilə də ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə Almaniya anladı ki, təhlükəsizliyini özü təmin etməzsə və kritik silah sistemləri baxımından Amerikaya asılı vəziyyətdə qalarsa, arzuladığı güc mərkəzinə çevrilə bilməyəcək. Buna görə də Almaniya təhlükəsizliyini özü təmin edə bilmək üçün müdafiəsinə sərmayə yatırır. Yəni həm ordusunun sayını artırmağa çalışır, həm də istehsal zəncirlərini yenidən canlandırır. Əslində bu proses, yeni formalaşan dünya nizamında Aİ-nin və onun iqtisadi lokomotivi olan Almaniyanın ABŞ-dan mümkün qədər müstəqil şəkildə təhlükəsizlik sistemini, yəni təhlükəsizlik arxitekturasını qurmağa yönəlmiş ilk mərhələdəki addımları kimi qiymətləndirilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm