
Dövlətin hərbi gücü onun varlığında əsas meyarlardandır -ŞƏRH
Yusif Nəzərli
13:50 16.04.2025
Hərbi
498
Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub. Bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb. Gələn il bu sahəyə 8 milyard 110 milyon 642.2 min manat ayrılması proqnozlaşdırılır. Müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7 milyard 345 milyon 473.2 min manat, 2028-ci ildə 6 milyard 979 milyon 393.1 min manat, 2029-cu ildə 7 milyard 402 milyon 393.9 min manat olacaq.
Hərbi ekspert Azər Bayramov "Sherg.az"a bildirib ki, Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin artırılması müsbət hal olmaqla yanaşı, yeni proses deyil:

"Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edildikdən sonra hər il sözügedən məsələ ilə bağlı adekvat addımların atıldığını görürdük. Cari ildə, o cümlədən növbəti illərdə də hərbi xərclərin diqqət mərkəzində saxlanılmasının əsas səbəbi Ermənistanın ciddi şəkildə silahlanması və mümkün təxribatlarına hazır olmaqdır. Bu gün istər regionda, istərsə də beynəlxalq arenada baş verən proseslərlə əlaqədar əksər dövlətlərin hərbi xərclərini artırdığını müşahidə edirik. Mövcud vəziyyətdə Azərbaycan da bu mövzuda geridə qala bilməz. Çünki indiki dövrdə müdafiə və təhlükəsizlik məsələləri diqqətdə saxlanılmalı məqamlardan biridir. Hazırda bölgənin ən güclü dövləti hesab olunan Azərbaycan müdafiə və təhlükəsizlik xərclərinə görə Cənubi Qafqaz regionunda ilk sıralardadır. Digər tərəfdən Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı xüsusilə silah-sursat və şəxsiyyət baxımından verdiyi itkiləri bərpa etmək yönündə ciddi-cəhdlə milyardlarla vəsait xərcləməsi, bunu havadarları tərəfindən hər hansı balans yaratmaq kimi qiymətləndirməsi absurddur. Əminliklə deyə bilərik ki, Ermənistan bu məsələdə nə qədər çalışsa da, Azərbaycanla müqayisə ediləcək səviyyəyə çatmayacaq".
Ekspert əlavə edib ki, müdafiə və təhlükəsizlik xərcləri əsasən Müdafiə Qüvvələri, milli təhlükəsizliyimizin təmin olunmasına, sərhəd xidməti və digər istiqamətlərdə sərf ediləcək:
"Ümumiyyətlə Azərbaycan qazandığı qələbələrə baxmayaraq, bu gündən sonra da ordunun formalaşdırılmasını, islahatların həyata keçirilməsini yüksək səviyyədə reallaşdıracaq. Son dövrlərdə dünyada artan təhlükə və təhdidlərə nəzər salsaq, dövlətin hərbi gücünün onun varlığında əsas meyarlardan biri olduğunu deyə bilərik. Məhz bu mənada Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, sözügedən istiqamətdə Azərbaycan tərəfinin həyata keçirdiyi addımlar müsbət qiymətləndirilməlidir. Üstəlik, gələcəkdə dövlətimizə qarşı baş verə biləcək hər hansı təhlükənin qarşısının alınmasında qabaqlayıcı tədbirlər kimi qəbul edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm