Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib

General-leytenant Bəxtiyar Ersayın rütbəsi artırılıb.

APA xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verilib.

Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir.