İranda MOSSAD-a qarşı əməliyyat keçirildi, 2 nəfər öldürüldü

İranın Sistan və Bəlucistan ostanında MOSSAD-a çalışan şəxslərin saxlanılması üzrə əməliyyat keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının “Qüds” Bazasının bəyanatında deyilir.

Məlumata görə, əməliyyat zamanı MOSSAD-a işləyən iki nəfər öldürülüb, 50-dən çox şəxs saxlanılıb.