
Süni intellektə nəzarət olmalıdır: İnsan əməyinə ehtiyac azalır...
Yusif Nəzərli
11:36 25.09.2023
Aktual
701
Azərbaycanda süni intellekt bir neçə istiqamətdə tətbiq edilir.
Bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
"Azərbaycanda süni intellekt futbol, güləş, cudo və digər idman növlərində tətbiq edilir. Bundan başqa, kənd təsərrüfatında dronların tətbiqi, elektron hökumət portalında "ASAN Login" üzərindən üz tanıma və sistemə giriş imkanı mövcuddur. SOCAR və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavabverilməsi, generativ Aİ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanların sual verib cavab alması istiqamətində işlər aparılır. Müxtəlif tərəflərlə çalışır, araşdırmalar aparırıq. Dünya təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində digər IV sənaye inqilabı mərkəzləri ilə ortaq əməkdaşlığımız var", - deyə o qeyd edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov süni intellektin ölkədə tətbiqi və onun tətbiq sahələrinin şaxələnməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb:
“Müasir çağa ayaq uydurmaq üçün süni intellektin tətbiq sahəsi artırılmalı və faydalı yanlarından istifadə olunmaqda davam edilməlidir. Azərbaycanda bu proses dövlət tərəfindən daim nəzarətdədir. Büdcə xərclərində nano texnologiyaların, süni intellektin tətbiqi üçün ayrılan məbləğin ilbəil artımına şahidlik edirik. Süni intellektin idaretmədə, zaman itkisində, proseslərin çevikliyində və s. faydaları olduqca çoxdur”.

Ekspert süni intellektdən istifadə zamanı bəzi amillərin gözardı edilməməli olduğunu bildirib:
“Süni intellektin tətbiq metodologiyasında eyni zamanda insan faktorunun kənarlaşması prosesi baş tutur. Süni intellekt və müasir texnologiyalardan istifadə insan əməyinə olan ehtiyacın azalmasına zəmin yaradır. Bunun üçün prosesə daim nəzarət olmalıdır. Süni intellektlə yanaşı insan faktorundan istifadə də tarazlı şəkildə tətbiq edilməlidir. Digər tərəfdən artıq gənclər ixtisas seçimində daha diqqətli olmalıdır. Seçdikləri sahəni araşdırmalı və gələcək vəd edən peşələrə üz tutmalıdırlar. Müasir texnologiyaların tətbiqinin nəticəsi olaraq hər keçən gün hansısa peşənin sıradan çıxdığının şahidi oluruq. Bu nöqteyi-nəzərdən ixtisas seçimi düzgün aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm