Qədim Misirdə xərçəng müalicəsi!
11:19 29.05.2024
Sağlamlıq
478
4 min illik kəllə sirri həll edəcəkmi?
Məlum olub ki, qədim misirlilər təxminən 4500 il əvvəl xərçəngi müalicə etməyə çalışıblar. 4000 illik kəlləni araşdıran elm adamları, şişlərlə yaxından əlaqəli cərrahi müdaxilənin izlərini tapdıqlarını açıqlayıblar.
Sherg.az xəbər verir ki, alimlər bildirirlər ki, qədim misirlilər xərçəngi anlamağa və müalicə etməyə çalışıblar və 4000 illik kəllə bunu göstərir.
İspaniyanın Santyaqo de Kompostela Universitetindən paleopatoloq Edqard Kamaros və həmkarları Qədim Misir sivilizasiyası ilə xərçəng arasındakı əlaqəni anlamaq üçün xərçəng toxuması olan 4000 illik kəllə sümüyünü tədqiq ediblər.
Tədqiqatçılar xərçəngin sümüyə necə yayıldığını və Qədim Misir həkimlərinin xəstəliyə necə müdaxilə etdiyini aşkar etmək üçün yüksək ayırdetmə qabiliyyətinə malik 3D mikroskopiya cihazları və müxtəlif radioloji üsullardan istifadə ediblər.
Alimlər 30-35 yaş arası bir kişinin kəllə sümüyünün müayinəsi nəticəsində sümükdə zədələnmiş yeri əhatə edən bəzi cərrahi kəsik izləri aşkarlayıblar.
İşarələrin iti bir cisimlə qoyulmuş olma ehtimalı ilə bağlı məlumatı paylaşan tədqiqatçılar, kəsiklərin xərçəngi anlamaq üçün aparılan araşdırmalar zamanı və ya xəstəliyin müalicəsi zamanı edildiyini bildiriblər.
Hər iki ehtimalın da şişlərlə yaxından əlaqəli cərrahi müdaxiləyə işarə etdiyini bildirən komanda rəhbəri professor Kamaros, "Bu tapıntı Qədim Misir təbabətinin xərçənglə mübarizə apardığı və ya kəşf etdiyinin unikal sübutudur" deyib.
Araşdırmanın təfərrüatları "Frontiers in Medicine" jurnalında dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya