Ayxan Abbasov: "Bu tempi çoxdandır görmürdük"
19:45 26.09.2021
İdman
683
"Sabah Vətən müharibəsinin başlaması ilə əlaqədar şəhidlərimizə rəhmət diləyir, qazilərimizə borclu olduğumuzu bildirirəm. Bu gün çempionatımızın rahat keçməsi onların əziyyətinin nəticəsidir".
"Report"un məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, iki oyundur uduzmalarına baxmayaraq, komandasının çıxışından razılıq ifadə edib: "Bu gün uduza da, qalib gələ də bilərdik. Çünki matç çox sürətli keçirdi. "Qəbələ"nin bu gün bu qədər pressinqlərinə sinə gərmək çox əziyyətli idi. Hər iki komandanın imkanları olsa da, qol çatmadı. Bu tempi çoxdandır görmürdük. Hər bir xal önəmlidir. Futbolçulara təşəkkür edirəm".
Abbasov oyunlar zamanı üstünlüyün rəqiblərdə olduğunu diqqətə çatdırıb. Onun fikrincə, növbəti görüşü bir gün gec tarixə salmaq olardı: "PFL-lə hər bir işdə məsləhətləşsək də, son sözü onlar deyir. Yəqin ki, bu dəfə gözdən qaçıb. Növbəti oyunumuzu oktyabrın 1-də yox, 2-də keçirə bilərdik. Biz az dincələn komanda oluruq. Belə məsələlərə diqqət etmək lazımdır".
Baş məşqçi yardımçı meydanlarının hələ tam hazır olmadığını deyərək, əsas meydanda məşqlərə risk etmədiklərini vurğulayıb. O, "Zirə" ilə növbəti tur qarşılaşmasına da Bakıda hazırlaşacaqlarını söyləyib: "Burada hər cür şəraitimiz var. Kənarda məşq etmək bizə çətin olur".
Abbasov oyun zamanı zədələnən Elvin Bədəlovun vəziyyətinin ciddiyə bənzədiyini söyləyib: "Onu hazırkı durumda itirmək yaxşı hal deyil. Eyni zamanda Əli Qurbaninin əzələsində dartılma olub. Yəqin ki, iki həftə bizimlə olmayacaq".
Təcrübəli mütəxəssis iki oyundur qol vura bilməmələrinin fürsətlərdən yararlanmamaları ilə əlaqələndirib: "Qurbaninin olmaması bizə çətinlik yaradır. Amma meydana buraxdığımız digər hücumçular da təhlükəli vəziyyətlərə girə bilirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm