Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə"ni məğlub edib

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turnir cədvəlinin lideri "Qarabağ" "Keşlə"ni qəbul edib. "Azersun Arena"dakı matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda qapıçı ilə təkbətək epizodda fərqlənə bilməyən Ramil Şeydayev 49-cu dəqiqədə qələbə qolunu vurub.

Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "köhlən atlar" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu isə 10 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.