Bakıdakı Dünya Kuboku niyə ləğv olundu?
09:32 27.04.2021
İdman
460
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası dörd gün əvvəl 21 iyun – 2 iyul tarixləri aralığında Bakıda keçirilməli olan güllə və stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışını ləğv edib. Ləğvə səbəb Nazirlər Kabineti yanında operativ qərargahın Azərbaycanda koronavirusa yoluxma sayının artması ilə bağlı məlumatı olub.
Maraqlıdır ki, gələn ay – 25-26 may tarixlərində Bakıda paracüdo üzrə Qran Pri yarışının keçirilməsinə razılıq verilib.
Belə olan halda sual yaranır: Niyə paracüdo yarışı keçirildiyi halda, atıcılıq üzrə Dünya Kuboku ləğv olundu?
Məsələ ilə bağlı Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Oxu.Az-a danışıb:
“Bizdə bu yarış keçirilsəydi, idmançıların sayı çox olacaqdı. İştirakçıların sayı 1000 nəfəri keçirdi. Üstəlik, yarış üçün günlərin sayı da çoxdur. İstənilən halda, rəhbərliyin verdiyi qərar müzakirə olunmur. Ləğv olunubsa, deməli belə məsləhət imiş.
Bu yarışın yerinə başqa ölkədə Dünya Kuboku keçirilməyəcək. Tək bizdə bu il Dünya Kuboku ləğv olunmayıb. Bu ay Cənubi Koreyada da Dünya Kuboku keçirilməli olsa da, pandemiyaya görə baş tutmadı”.
Qeyd edək ki, 18-24 oktyabrda Bakıda atıcılıq üzrə Dünya Kubokunun final mərhələsi olan Çempionlar Kubokunun ləğvi barədə qərar verilməyib. Bu yarış paytaxtımızda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm