“Barselona” İspaniya çempionluğunu rəsmiləşdirdi

“Barselona” klubu sona 2 tur qalmış İspaniya çempionluğunu rəsmiləşdirib.

Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi 36-cı turda səfərdə “Espanyol”u 2:0 hesabı ilə məğlub edib. Görüşdə hesabı 53-cü dəqiqədə Lamin Yamal açıb. Oyunun 90+5-ci dəqiqəsində Martin Lopes meydan sahiblərini məyus edib.

“Barselona” 85 xalla ən yaxın rəqibi “Real Madrid”dən 7 xal öndədir. Güclü rəqibinə uduzan “Espanyol” 39 xalla 16-cı sırada mövqe tutub.