Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında növbəti görüşə çıxıb.
Teleqraf xəbər verir ki, təmsilçimiz yarımfinalda Finlandiya idmançısı Martti Puumalainen ilə qarşılaşıb.
Görüşün nəticəsinə görə, Uşanqi Kokauri finala vəsiqə qazanıbş
***
14:15
Dünya çempionatında 100+kq çəki dərəcəsində 1/4 final qarşılaşmaları davam edir.
Teleqraf xəbər verir ki, bu mərhələdə Azərbaycanın iki təmsilçisi - Uşanqi Kokauri və Kənan Nəsibov qarşı-qarşıya gəlib.
Görüşün nəticəsinə əsasən, Uşanqi Kokauri yarımfinala vəsiqə qazandı.
***
13:54
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında növbəti görüşə çıxıb.
Teleqraf xəbər verir ki, təmsilçimiz 1/8 finalda Yakup Sordul (Polşa) ilə münasibətlərə aydınlıq gətirib.
Görüşün nəticəsinə əsasən, o, 1/4 mərhələyə yüksəlib.
Uşanqi bu mərhələdə digər təmsilçimiz Kənan Nəsibovla qarşılaşacaq.
***
12:47
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında mübarizəyə başlayıb.
Teleqraf xəbər verir ki, o, 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevlə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, dünya çempionatının mükafatçısı olan Kokauri rəqibini ipponla məğlub edib.
Təmsilçimiz 1/8 finalda Yakup Sordul (Polşa) ilə münasibətlərə aydınlıq gətirəcək.