Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazandı - YENİLƏNİB


Azərbaycanın iki yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 72 kiloqramda çıxış edən Qurban Qurbanov yarımfinalda ukraynalı İrfan Mirzoyevi 7:1 hesabı ilə məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli də İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

İdmançı qırğızıstanlı Nurmuhammet Abdullayevlə qarşılaşıb.

Rəqibinə 3:1 hesabı ilə qalib gələn Məmmədli adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi türkiyəli Kerem Kamal olacaq.

10:20

Azərbaycanın daha iki yunan-Roma güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək.

72 kq çəkidə Qurban Qurbanov eyni raundda Yanis Nifrinin (Fransa) müqavimətini qırmağa çalışacaq.

Bu gün həmçinin 55 kq-da yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.

63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.