Dünya Çempionatına qatılacaq güləşçilərimizin SİYAHISI
13:16 13.08.2021
İdman
574
Avqustun 16-dan 22-dək Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iki illik fasilədən sonra təşkil olunacaq mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Məsul yarışda ölkəmizi təmsil edəcək gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Rusiyaya yollanıb.
Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Saqadulla Ağayev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aydın Əhmədov (125 kq) DÇ-də uğur qazanmağa çalışacaq.
Yarışın proqramına əsasən, avqustun 15-də püşkatma mərasimi keçiriləcək və sərbəst güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Ertəsi gün Bakı vaxtı ilə saat 10:00-da 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Həmin gün axşam seansında (17:00-18:30) yarımfinal görüşləri keçiriləcək. 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər isə avqustun 17-də mübarizəyə qoşulacaq.
Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm