"Əsas məsələ idmançıların sağlamlığıdır" - Əməkdar məşqçi zalların bağlı qalmasının tərəfdarıdır
Banuçiçək Kalbalıyeva
10:10 30.05.2020
İdman
1220
"İdman zalları qapalı yerlər sayıldığından orada yoluxma ehtimalı böyükdür."
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, açıq havada və stadionlarda bəzi idman tədbirlərinin keçirilməsinə icazə verilib. Zalların açılması isə hələ müzakirə mövzusu deyil.
Kikboks üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyev "Sherg.az"a açıqlamasında bunun idmançılar üçün çətinlik yaratmayacağını dedi:
"Biz həmişə yay aylarında açıq havada məşqlərə üstünlük veririk. Meşəyə, çimərliyə gedirik. Bu, idmançılar üçün daha faydalıdır. Yenə də ənənəmizə sadiq qalacağıq. Yəni idmançılar formadan düşməyəcəklər".
Mütəxəssis düşünür ki, indiki vaxtda zalların bağlı olması məqsədəuyğundur: "Çünki idman zalında sosial məsafəni saxlamaq olmur. Xüsusilə də təkbətək idman növlərində təmasdan qaçmaq qeyri- mümkündür. Bu səbəbdən də verilən qərarı düzgün hesab edirəm. Əsas məsələ idmançıların sağlamlığıdır. Məşqi zaldan kənarda da etmək mümkündür. İdmançıların döyüşməsi şərt deyil, fiziki məşqlə də formada qala bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual