Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı əhaliyə müraciət edib
Yusif Nəzərli
17:54 09.02.2023
İdman
779
Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı əhaliyə müraciət edib.
"Report"un məlumatına görə, çağırışda qardaş ölkədə baş vermiş zəlzələ qurbanlarına ictimai yardım kampaniyasının davam etdiyi, vətəndaşların könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksinə çatdırdıqları bildirilib.
"Yardım etmək istəyən əhaliyə məlumat üçün bildiririk ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsini, tırlara yığılaraq göndərilməsini təmin edirlər", - müraciətdə qeyd olunub.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi