Həftə sonunun ən maraqlı futbol qarşılaşmaları - AFİŞA
07:06 25.09.2021
İdman
307
Həftə sonu futbol azarkeşlərini bir-birindən maraqlı futbol qarşılaşmaları gözləyir.
Bu gün Bakı vaxtı ilə 15:30-da İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşması baş tutacaq. Ötən il Çempionlar Liqasının kubokunu baş üzərinə qaldıran “Çelsi” öz meydanında İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün qalibi “Mançester Siti” ilə üz-üzə gələcək. Hazırda London klubu 13 xalla liderdir, “Mançester Siti” isə 10 xalla 5-ci yerdə qərarlaşıb.
Sabah da İngiltərə Premyer Liqasında prinsipial qarşılaşma baş tutacaq. Son vaxtlar fanatlarını məyus edən “Arsenal” klubu doğma meydanda “Tottenhem” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Bu gün Almaniya çempionatında da maraqlı oyun olacaq. 10 xalla 4-cü və 5-ci yerdə qərarlaşan “Bayer Leverkuzen” və “Mayns” üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 17:30-da başlayacaq.
Fransa liqasında isə sabah mərkəzi qarşılaşma “Marsel” və “Lens” kollektivləri arasında olacaq. 14 xala malik “Marsel” ikinci yerdə qərarlaşıb, bir oyun az keçirib və liderdən onu 7 xal ayırır. “Lens” isə 12 xalla dördüncü yerdədir və üçüncü yerdə qərarlaşan “Anje” ilə eyni xala malikdir.
İtaliya A seriyasında bu günün mərkəzi matçı “İnter” və “Atalanta” klubları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Çempionatda “İnter” 13 xalla ikinci, “Atalanta” isə 10 xalla beşinci yerdə qərarlaşıb.
Sabah isə Bakı vaxtı ilə 22:45-də “Roma” – “Latsio” qarşılaşmasının start fiti səsləndiriləcək. 12 xala malik “Roma” 4-cü yerdə qərarlaşıb və onu liderdən 3 xal ayırır. Yeddinci yerdə qərarlaşana “Latsio” isə “Roma”dan 4 xal geridədir.
İspaniya La Liqasında da bu gün maraqlı qarşılaşma olacaq. “Real Madrid” klubu doğma meydanda “Vilyareal”ı sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm