
Kənan Hakimov: Bu amillər Qurban Qurbanovu heyətdə dəyişikliklər etməyə məcbur edir
09:17 19.05.2025
İdman
429
"Bu sevinci yaşadığımıza görə çox xoşbəxtəm. Allah qoysa, davamlı olsun, 14-15 olsun. Açığı, üçüncü ulduzumuzu da görmək istəyirəm".
bunu "Qarabağ"ın idman direktoru Emrah Çelikel Ağdam klubunun 12-ci çempionluğunu şərh edərkən deyib. Klub rəsmisi əlavə edib ki, mövsümü "qızıl dubl"la başa vurmağa çalışacaqlar.
"Kubokun finalında bunun üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, avrokuboklardan əvvəl kubokda uğur qazanmaq bizim üçün böyük stimul olardı. Komandamızın, oyunçularımızın final görüşünə tam motivasiyalı çıxacağına inanıram".
Çelikel yeni mövsüm üçün heyəti gücləndirməyə çalışdıqlarını da bildirib:
"Mütləq ki, transferlər olacaq. Kubok finalından sonra planlarımız daha dəqiq müəyyənləşəcək. Legioner limitinin ləğvi hamıya necə təsir edəcəksə, bizə də eyni şəkildə təsir göstərəcək. Bu dəyişiklik bütün klubların büdcələrinə və transfer strategiyalarına təsir edəcək".
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov Sherg.az-a bildirib ki, düşünürəm ki, yay fasiləsində "Qarabağ"da müəyyən dəyişikliklər olacaq:

“Amma heyyətdə böyük dəyişikliklər olacağına inanmıram. Həm son avrokubok mövsümünün ötən illərlə müqayisədə uğurlu olmaması, həm legioner limitinin ləğvi, bəzi yeni transferlərin özünü doğrultmaması, həm də bəzi aparıcı futbolçulara gələn təkliflər və yaş amili Qurban Qurbanovu heyətdə dəyişikliklər etməyə məcbur edir. Məncə mərkəz hücumçusu və mərkəz müdafiəçisi mövqelərinə transfer düşünə bilərlər. Hər halda Qurban Qurbanov hansı mövqedə güclənməyə ehtiyacı olduğunu bizdən daha yaxşı bilir. Artıq mediada bəzi hücumçuların adları Ağdam təmsilçisi ilə yanaşı çəkilir. Yəqin ki, bu istiqamətdə artıq işlər aparılır. Düşünürəm ki, çempionlar liqasında liqa mərhələsinə yüksəlmək əsas hədəf olacaq. Minimum isə Avropa Liqasının liqa mərhələsini təmin etməyə çalışacaqlar. "Qarabağ"ın nə qədər irəliləyə biləcəyi həm də püşkatgmadan asılı olacaq. Ümid edirəm komandamıza liqa mərhələsinə gedən yolda münasib rəqiblər düşər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial