“Qalatasaray” əfsanələri Heydər Əliyevin 100 illiyi şərəfinə toplanır
“Qalatasaray” əfsanələri Heydər Əliyevin 100 illiyi şərəfinə toplanır
Yusif Nəzərli
08:54 17.05.2023
İdman
800
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), “Qalatasaray” İdman Klubunun və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, “Azfar Group”un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə “Qalatasaray”ın UEFA kubokunu qazandığı gündən düz 23 il sonra, sabah İstanbulda - “Florya Metin Oktay” təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçiriləcək.
Sports.az xəbər verir ki, matçda “Qalatasaray”ın əfsanələri ilə Azərbaycan idman jurnalistlərinin milli komandası üz-üzə gələcək.
Oyunun keçirilməsinin ideya müəllifi AİJA-nın vitse-prezidenti, Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovun köməkçisi və Sports.az saytının baş redaktoru Anar Şabanoğludur. O, “Qalatasaray” klubuna ölkəmizdə və Türkiyədə tanınan idman jurnalisti Elçin Cəfərovun vasitəsilə ulu öndərin əziz xatirəsini yad etmək üçün belə bir görüşün keçirilməsi haqda təklif göndərib. Təklif müsbət qarşılanıb.
Qardaşlıq matçında Hakan Balta, Ayhan Akman, Kerem İnan, Faruk Atalay və digər ulduzların iştirakı, 2000-ci ildə UEFA kubokunu qazanan əfsanəvi heyətin bir çox futbolçusunun isə oyuna qonaq qismində qatılacağı gözlənilir.
AMF prezidenti Taleh Nəsibov və AİJA prezidenti Eldar İsmayılov da hazırda bu qardaşlıq görüşü üçün İstanbuldadırlar.
Azərbaycanın jurnalistlərdən ibarət milli komandasının heyəti ilə tanış olun:
1. Ramiz Mirzəzadə (CBC Sport)
2. Əli Fərzəliyev (Estafet.az)
3. Mirbağırağa Cəfərli (Sportal.az)
4. Sərxan İbrahimoğlu (AMF)
5. Gündüz Abbaszadə (“Qarabağ” FK)
6. Ramin Təyyaroğlu (Olimpsport.az)
7. Asəf Zeynallı (CBC Sport)
8. Fərid Ramazanov (İdman TV)
9. Xanoğlan İmanov (Sportinfo.az)
10. Emin Abbasov (Sportal.az)
11. Nurani İsgəndərov (AKAF)
15. Elşad Quliyev (AMF)
Minifutbol üzrə milli komandamıza Avropa çempionluğunu qazandırmış Elşad Quliyev bu oyunda Azərbaycanın idman jurnalistlərindən ibarət millisinin oynayan baş məşqçisi olacaq.
Qeyd edək ki, Estafet.az və Sports.az saytları tarixi qardaşlıq görüşünə informasiya dəstəyi verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi