"Qarabağ" ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəlib
20:33 26.08.2021
İdman
511
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Şotlandiyada "Aberdin"in qonağı olub.
Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşma "köhlən atlar"ın üstünlüyü şəraitində keçib. 8-ci dəqiqədə Toral Bayramov cərimə meydançasında qüvvətli zərbə ilə hesabı açıb. Bundan 10 dəqiqə sonra komandanın yeni transferi Kadi Borges şotlandiyalıları növbəti dəfə mərkəzə dəvət edib.
İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarıda da Azərbaycan təmsiçisi matça nəzarəti əlində saxlayıb. Meydan sahiblərinin hücumları isə nəticəsiz qalıb. Əvəzində 72-ci dəqiqədə Abdullah Zubir fərqi 3 topa çatdırıb. 90+2-ci dəqiqədə Luis Ferqyusson penaltidən fərqlənərək təsəlli qoluna imza atıb.
Beləliklə, "Qarabağ" ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində 6, Çempionlar Liqasının qrupunda isə bir dəfə mübarizə aparıb.
Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.
00:12
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi rəqibini növbəti dəfə mərkəzə dəvət edib.
72-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
23:44
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarından sonra Ağdam təmsilçisi 2:0 hesabı ilə öndə yollanıb.
Komandanın qollarını 8-ci dəqiqədə Toral Bayramov, 18-ci dəqiqədə isə Kadi Borges vurub.
23:30
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.
Komandanın qollarını 8-ci dəqiqədə Toral Bayramov, 18-ci dəqiqədə isə Kadi Borges vurub.
23:02
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi rəqibini növbəti dəfə mərkəzə dəvət edib.
18-ci dəqiqədə Kadi Borges hesab arasındakı fərqi artırıb - 2:0.
22:51
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Ağdam təmsilçisinin səfərdə önə keçib. "Köhlən atlar"ın heyətində Toral Bayramov 8-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, Bakıdakı ilk matçda "Qarabağ" minimal hesablı qələbə qazanıb - 1:0.
22:45
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
"Report"un məlumatına görə,"Pittodri" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə