Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda 8-ci oldu
Yusif Nəzərli
12:09 07.03.2023
İdman
587
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirakını başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında ilk görüşündə Argentina yığmasına 45:26 hesabı ilə qalib gəlib. Yığma ardınca ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Polşa millisini 45:39 hesabı ilə məğlub edib. Sablyaçılarımız yarımfnala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa seçmə kollektivinə 24:45 hesabı ilə uduzublar. Komanda 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə İspaniya (40:45) və Yunanıstan millilərinə (29:45) məğlub olaraq turniri 8-ci sırada başa vurub. Hazırda qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız dünya reytinqində 7-ci sırada qərarlaşıb.
Qadın sablyaçıların şəxsi yarışında turnirə əsas mərhələdən qatılan Anna Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya təmsilçisi Miçela Battistona 14:15 hesabı ilə uduzub. Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova isə əsas mərhələnin ilk görüşündə mübarizəni dayandırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya