Rafael Ağayev karyerasını bitirəcəyi tarixi açıqladı
16:23 06.08.2021
İdman
572
“Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən yer tutmaya da, bürünc medal qazana da bilərdim. Amma mən evdən qızıl medal üçün çıxmışdım”.
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Tokio Olimpiadasında gümüş medal qazanan Rafael Ağayev deyib.
O, finalda italiyalı Luici Buzaya uduzması barədə danışıb. “Brilyant oğlan” ilk və son Olimpiya medalını qazanmağın xoş hisslərini bölüşüb:
“İdmançılar var ki, gəzmək üçün və sadəcə Olimpiadada iştirak etmək üçün gəlirlər. Təəssüflər olsun ki, Tokioya qızıl medal üçün gəlsəm də, gümüş medal oldu. Özünüz də söylədiniz ki, hakimliyə qarşı da finalda mübarizə apardım. Amma bəhanələri sevmirəm, olan oldu.
Mən mükafatlandırma mərasimində Luici Buza ilə görüşmədim, çünki o, buna layiq deyildi. O qrupda qalırdı, mən ona uduzmaqla kömək etdim. Çünki əvvəldən danışığımız olmuşdu. Ancaq mən dünyanın bir nömrəsiyəm. Bu, özündənrazılıq deyil. Dünyada beşqat dünya çempionu yoxdur. Hesab 0:0 olanda vurduğum zərbə xal sayılsaydı, görüş başqa nəticə ilə başa çatacaqdı. Orda dörd yan xətt hakimi bayraqları xeyrimə qaldırmışdı. Ancaq təkrara baxıb, xalımı vermədilər.
Azərbaycan xalqına, idmana qayğı göstərən ölkə prezidentinə, federasiya prezidentinə, ilk məşqçim Rafael Məmmədova, Füzuli Musayevə, millidə baş məşqçim Qurban Tağıyevə təşəkkür edirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın, türk millətinin qələbəsidir. Bundan sonra dayanmayıb növbəti yarışlara hazırlaşacağam”.
Daha sonra 36 yaşlı Rafael Ağayev gözlənilənin əksinə olaraq hələ dörd il də karyerasını davam etdirəcəyini bildirib:
“Mən uzun müddət idi ki, bu Olimpiya medalının həsrətində idim. Olimpiadada karate daha əvvəl olsaydı, indi Olimpiya çempionu da olmuşdum. Aldığımız məlumata görə, karate ilk və sonuncu dəfə Tokio Olimpiadasına salındı. Düzdür, ola bilsin ki, Los Anceles-2028-də olsun. Amma mən onda karyeramı bitirmiş olacağam. Hələ 2025-dək döyüşəcəyəm. Bundan sonra karyeramı bitirib, Azərbaycanda öz məktəbimi açmaq istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm