Rafiq Hüseynov: "Olimpiadadan sonra həyatım tamamilə dəyişdi"
18:00 23.09.2021
İdman
330
"2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatından sonra Tokio-2020 Yay Olimpiya Oyunları barədə düşünməyə başladım".
"Report"un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.
Tokio olimpiadasının bürünc mükafatçısı bildirib ki, Yaponiya paytaxtında 87 kq çəki dərəcəsində güləşmək istəsə də, Azərbaycanm Güləş Federasiyası ona 77 kq-da mübarizə aparmağı təklif edib: "2020-ci ilin sentyabrında çəkim 90 kq-dan çox idi. Olimimpiadada 80 kq-da çıxış edəcəyimi düşünürdüm. Lakin federasiyanın təklifindən sonra düşündüm ki, artıq çəkini ata bilərəm. Peşəkar dietoloqların köməyinə müraciət etdim, düzgün arıqladım və 77 kq çəki dərəcəsində Azərbaycanı olimpiadada təmsil etdim".
33 yaşlı idmançı Tokiodakı yarışdan sonra həyatının tamamilə dəyişdiyini söyləyib: "Bunadək məni hər 10 nəfərdən 2-si tanıyırdısa, artıq bu say 5-6 nəfərdir. Bundan başqa, cənab Prezident İlham Əliyev məni mükafatlandırdı və "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi".
Hüseynovun sözlərinə görə, Osloda dünya çempionu olsa, Azərbaycanda dünya və Avropa çempionluğunu qazanmış dördüncü şəxs kimi güləş tarixinə düşəcək: "Hər zaman deyirəm ki, gümüş və bürünc medallar mənim üçündür. Qızıl medal isə tarixdə qalır. Bu dəfə tarixə düşmək istəyirəm. Bilirəm ki, əsas rəqiblərim olan isveçli Aleks Kessidis və rusiyalı Adlan Akiyev dünya çempionatına yaxşı hazırlaşırlar. Buna görə də Tokiodan qayıtdıqdan 10 gün sonra məşqlərə başladım. Amma indi mənim əlavə motivasiyam var. Bu, olimpiya medalıdır".
Qeyd edək ki, dünya çempionatı 2 - 10 oktyabrda təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm