Samir Abasov: Yeni mövsümdə daha fərqli komanda olmağa məcburuq
Yusif Nəzərli
16:40 18.05.2025
İdman
463
"Çatışmazlıq barədə danışsam, gərək bütün oyunları xatırlayım. Məncə, artıq gecdir".
Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis autsayderə qarşı daha yaxşı oynamalarını meydana rahat çıxmaları ilə əlaqələndirib: "İlk oyunda yeni gəlmişdik, futbolçularda motivasiya fərqli idi. İndi də çox rahatçılıq var idi. Elə matçlar var idi ki, bundan da yaxşı oyunlar göstərmişdik. Elə son görüşlərə baxsaq, “Turan Tovuz”la qarşılaşmanı xatırlayıram. Nə çatmırdı? Elə həmin şeylər çatmırdı ki, istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə və analiz etməyə məcbur edir. Bu çatışmazlıqlar üzərində işləyirik. Yeni mövsümdə daha fərqli komanda olmağa məcburuq".
O, kubokla çempionat arasında prioritet tutmadıqlarını söyləyib: "Kubok və çempionatı bölməmişdik. Anlayırıq ki, hansı klubdayıq, hər bir oyunun məsuliyyətini dərk edirik. Əlimizdə sırf kuboku tutub, çempionata başqa motivasiya ilə çıxmırdıq. Belə şeylər yox idi. Oyunları yadımıza salsaq, sadəcə, şanssızlıq oldu. Sonda şansımız kubokda idi. Ona başqa cür hazırlaşdıq. Futbolçular da bunu çıxış yolu kimi görmüşdülər. “Sabah”la görüşə də yaxşı başladıq, imkanları qola çevirsəydik, finalda biz oynayardıq. Kubok və çempionatda ayrıseçlik etmədik, bundan sonra da etməyəcəyik. Əfsuslar olsun ki, bizimkisi heç birində gətirmədi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial