"Sevilya" - "Volfsburq" matçını Cüneyt Çakır idarə edəcək

Türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti dəfə təyinat alıb. 

Sherg.az Qol.az-a istinadən  xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya" - "Volfsburq" matçını idarə edəcək. Çakıra yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək. 

Qeyd edək ki, sözügedən oyun noyabrın 23-də Sevilyada keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.