Tokio Olimpiya və Paralimpiya Oyunları sadələşdirilmiş variantda keçirilə bilər
20:53 04.06.2020
İdman
982
Yaponiya hökuməti və Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları bütün dünyada yayılmış koronavirus pandemiyasına görə yarışların sadələşdirilmiş variantda təşkilini müzakirə edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Tokionun qubernatoru Yuriko Koike bildirib.
"Biz müxtəlif variantları müzakirə edirik, onların arasında rasional və sadələşdirilmiş format da var. Bununla bağlı vətəndaşlarımızın razılığını almaq niyyətindəyik", - deyə xanım qubernator bildirib.
Qeyd edək ki, bu ərəfədə nüfuzlu "Yomiuri shimbun" qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Bununla əlaqədar stadionlardakı tamaşaçıların sayının azaldılacağı da qeyd edilib.
Əlavə olaraq bildirilir ki, Yaponiya tərəfi yalnız idmançılar və komandaların digər üzvləri üçün deyil, həmçinin tamaşaçıların da testdən keçirilməsini planlaşdırır. Bununla yanaşı, idmançıların yaşayacağı Atletlər Kəndi daxilində hərəkətin məhdudlaşdırılması da nəzərdə tutulur.
Xatırladaq ki, "Tokio 2020" Olimpiya və Paralimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı gələn ilə dəyişdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual