Tokio Yay Olimpiya Oyunları başa çatdı: ABŞ birinci oldu


Tokionun milli stadionunda XXXII Yay Olimpiya Oyunlarının qapanış mərasimi keçirilib. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bütün idmançıları üç ildən sonra Parisdə təşkil ediləcək olimpiadada gözlədiyini deyib. 
Bu dəfəki yarışlarda ABŞ komandası 39 qızıl, 41 gümüş, 33 bürünc medalla birinci olub. 
İkinci, üçüncü yerləri ilə müvafiq olaraq Çin və Yaponiya milliləri tutublar.