"Turan Tovuz" azlıqda qalan "Araz-Naxçıvan"a qalib gələ bilmədi
17:26 18.04.2025
İdman
400
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.
Teleqraf xəbər verir ki, turun açılış oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da "Turan Tovuz"u qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 33-cü dəqiqədə qonaq komandadan Faiq Hacıyev açıb. Lakin 52-ci dəqiqədə İssuf Paro tarazlığı təmin edib.
76-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Vanderson Melo ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin "Turan Tovuz" say üstünlüyündən yararlana bilməyib.
Beləliklə, komandalar arasındakı xal fərqi dəyişməyib. Hazırda "Araz Naxçıvan" 53 xalla 3-cü, "Turan Tovuz" 48 xalla 4-cüdür.
Qeyd edək ki, turun digər oyunlarında "Sabah" "Səbail"i, "Qarabağ" "Neftçi"ni, "Şamaxı" "Kəpəz"i, "Zirə" isə "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşmalar 19 - 20 apreldə keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət