“Ukrayna ordusu Rusiyanı yerində oturdacaq"
“Ukrayna ordusu Rusiyanı yerində oturdacaq"
Yusif Nəzərli
08:40 04.05.2023
İdman
767
“Onsuz da kollektiv Qərb proseslərini izləyir və nəzarətdə saxlayır”
“Onların vəzifəsi Ukrayna ordusuna hər sahədə dəstək verməkdir”
Ukrayna məxfi sənədlərlə bağlı ABŞ ilə daha az məlumat paylaşmağa başlayıb. Deyilənə görə, rəsmi Kiyev əks-hücum ərəfəsində növbəti sənədlərin işıqlandırılmasından çəkinir. Vaşinqtonda da etiraf ediblər ki, Ukrayna bu cür məlumatların paylaşılmasında həmişə ehtiyatlı olub. Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi ukraynalıların məxfiliyi ilə bağlı suala belə cavab verib: “Onlardan bizi xəbərdar etmək və ya əvvəlcədən məlumatlandırmaq tələb olunmur”.
O, əlavə edib ki, ABŞ və Ukrayna rəsmiləri gündəlik təmasdadırlar, ona görə də Vaşinqton çox şeyi təxmin edə bilir. Kirbinin sözlərinə görə, hər şeyə rəğmən, ABŞ Ukraynanı real vaxt rejimində kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edir: “Biz əvvəlcədən xəbərdar olub-olmayacağımıza köklənmirik. Başlamağa hazır olana qədər onların ehtiyac duyduqları hər şeyə sahib olmasını təmin etməyə diqqət yetiririk”. Qeyd edək ki, ABŞ-nin Ukrayna ilə bağlı məxfi sənədlər toplusu internetə sızıb. Sənədlərin birində münaqişənin vəziyyəti təsvir edilib, digərində isə formalaşmaqda olan 12 Ukrayna briqadası haqqında məlumatlar əks olunub. Pentaqon sənədlərlə bağlı dərhal araşdırmalara başlayıb.
Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Amerikanın kəşfiyyat məlumatlarının və məxvi sənədlərinin mətbuata sızdırılması dəfələrlə təkrar olunub. Analitik xatırladıb ki, sonuncu dəfə Culian Assancın külli miqdarda məxfi məlumatları yaymasının təsirləri hələ davam etməkdədir: "Bu dəfə də sızdırılan məlumatların əsasən Ukrayna əks-hücumu ərəfəsinə düşməsi, ordunun təşkili və silahlanması barədə məlumatların ifşası təbii olaraq Ukrayna hərbi komandanlığını narahat edib. Onları ehtiyatlı davranmağa məcbur qoyub. Çünki planlanan əks-hücum Ukraynanın taleyini həll edəcək. Əslində Kiyevin ehtiyatlı davranışı Rusiyanın Ukraynaya hücum etməsindən öncə var idi. Rusiyanın hücumu zamanı Ukrayna ordusunun göstərdiyi müqavimət əvvəlcədən hazırlanmışdı. Ukrayna hərbi komandanlığı Zalujnunun başçılığı ilə ordunun dislokasiya yeri təkcə Qərbdən yox, hətta dövlət başçısı V.Zelenskidən belə gizlədilib. Məlumatın sızmasından qorxublar. Görünən odur ki, şübhələr özünü doğrultmaqdadır. Sızdırılan məlumatları həm dezinformasiya yaymaq, həm də reallıq kimi qiymətləndirmək olar. Birinci halda məlumatları yaymaqla əks tərəfdə qorxu yaratmaq istənilə bilər. Digər yandan isə bunu rus kəşfiyyatı ilə də əlaqələndirənlər də var. Amma bu, az ehtimal olunan məsələdir. Çünki kəşfiyyat məlumatlarını adətən əks tərəfə qarşı istifadə edirlər, nəinki onu açıqlayırlar". Ekspertin sözlərinə görə, hücum ərəfəsində detalların paylaşılması doğru deyil və məlumatların gizli saxlanılması doğru qərardır: "Onsuz da kollektiv Qərb prosesləri izləyir və nəzarətdə saxlayır. Onların vəzifəsi Ukrayna ordusuna hər sahədə dəstək verməkdir. Eyni zamanda Zalujnu artıq özünü təsdiq etmiş komandandır. Ona inam böyükdür. Hesab edirəm ki, bu tipli problemlərə baxmayaraq, Ukrayna ordusu Qərbin də dəstəyi ilə aqressor Rusiyanı yerində oturdacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi