Umudov ustadından yazdı:"Sarı müəllim həm də böyük xarakter sahibi idi"
Yusif Nəzərli
16:20 24.01.2023
İdman
1181
"Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Mənim Qazax şəhər 1 nömrəli orta məktəbdə idman müəllimim, ustadım Sarı Məhəmməd oğlu Əhmədov haqqın dərgahına qovuşub. Allah rəhmət eləsin, ruhu şad olsun! Sarı müəllim təkcə öz evi və elindən deyil, ölkəmizin idman həyatından getdi. Bu, Azərbaycan idman cameəsi üçün sözün əsl mənasında böyük itkidir. “Bədən Tərbiyəsi və İdman əlaçısı” olan ustadımızın onlarla, bəlkə də, yüzlərlə idmançının yetişməsində danılmaz əməyi var. Sarı müəllim idmana ilk qədəmlərimi basdıqda məşqçim, ustadım olmuş Ramiz müəllim Tağıyev kimi azman güləş sənətkarlarını formalaşdırıb. İndiki kimi yadımdadır, sərbəst güləşdə ilk uğurumu Qazaxda Əhmədov qardaşlarının -Sarı, Kamal və Cəlal- adına təşkil olunmuş turnirdə qazanmışam".
"Sherg.az" xəbər verir ki, bu barədə “Sərhədçi” peşəkar idman klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı Firdovsi Umudov öz Feysbuk hesabında yazıb. O qeyd edib:
"Alim, ozan və pəhləvanlar məskəni olan Qazaxda idman və məxsusi olaraq idmanın sərbəst güləş növü üzrə ənənələrin daha da möhkənlənməsi və inkişafına SSRi idman ustası Sarı müəllimin müstəsna töhfələri olub. Sarı müəllim təkcə idmançı yetişdirməyib, ömrünün son məqamlarına qədər “İdman sağlamlığın rəhnidir” şüarını əsas tutaraq, sağlam düşüncə və əqidəyə malik gənclərin, vətəndaşların formalaşmasında inkarolunmaz fəaliyyəti olub. Əgər bu gün Azərbaycanda, eləcə də Qazaxda güləş ənənələri qalıbsa, yaşayırsa, (əlbəttə, qalıb yaşayır və inkişaf edir) bu işdə Sarı müəllim etalon rolunu oynayıb. Bəzən deyirlər ki, bütün idman sahələri üçün aşağı siniflərdən başlayan məktəblər, bazalar olmalıdır. Sarı müəllim öz varlığı, gənclərlə mütəmadi görüşü, onlara verdiyi mühüm məsləhətlərlə təkbaşına bir məktəb, baza rolunu oynayıb. O özlüyündə bir məktəb idi. Güləşin son mogikanlarından olan Sarı müəllim Qazaxda idmanın kütləviləşməsi işinə böyük dəstək verib və ömrünün son akkordlarına qədər bu işi böyük şövqlə davam etdirib. O həmişə qeyd edirdi ki, yalnız bədən tərbiyəsi və idmanın kütləviləşməsi sayəsində arzulanan nəticələri əldə etmək mümkündür. Sarı müəllim bir veteran idmançı olaraq bu yükü üzərinə götürürdü. Gənc idmançılarla görüşündə daim kütləvi bədən tərbiyəsi və idman işinin ən yaxşı təşkili barədə söhbətlər aparırdı. Məqsəd yaxşı, nümunəvi idmançı yetişdirməklə yanaşı, həm də dövlət üçün faydalı ola bilən, sağlam düşüncəyə malik vətəndaş formalaşdırmaq idi. Sarı müəllim söhbətlərində daim onu aşılayırdı ki, gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsilləri fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha sağlam olmalıdırlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Məhz bütün bu insanı və peşəkar keyfiyyətlərinə görə Sarı müəllim Azərbaycan Respublikasının lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adına layiq görülmüşdü. Bu mənada düşünürəm ki, Sarı müəllim müstəsna xidmətləri ilə öz adını Azərbaycan idman tarixinə qızıl hərflərlə həkk etdirib. O, biz idmançıların və onu tanıyan digər şəxslərin qəlbində, yaddaşında əbədilik qazanıb".
F.Umudov onu da diqqətə çatdırıb ki, Sarı müəllim həm də böyük xarakter sahibi idi:
"Bu mərd və əzmkar xarakteri onu şəxsiyyətə çevirmişdi. Sarı müəllim, təkcə yaxşı idman mütəxəssisi deyildi, həm də vətənpərvər ziyalı, xeyirxah vətəndaş idi. Belə şəxslərin ölüm deyil, yalnız olum-doğum tarixi olur. Fəaliyyəti dönəmində Azərbaycanda, xüsusən də Qazaxda güləş ənənələrinin yaşaması, inkişafı və intişarına xidmət edən, şərəfli ömür yolu keçən Sarı müəllimin misilsiz xidmətləri heç vaxt unudulmayacaq! Ustadıma Allahdan rəhmət, yaxınlarına can sağlığı arzulayıram. Ruhun şad olsun, BÖYÜK USTAD!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual