Maştağada itkin düşən qızlar təhsilə cəlb olunacaqlar
11:11 05.05.2025
Sosial
352
“Maştağada itkin düşüb, sonra bizim sığınacağa yerləşdirilən iki qızın təhsilə cəlb olunması ilə bağlı tədbir görülür”.
Bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, hər iki yeniyetmə reabilitasiyaya uyğunlaşır: “Hər şey qaydasındadır, hazırda qızlarla bağlı tibbi müayinə, psixoloji konsultasiya aparılır, reabilitasiya davam etdirilir. Onların ailələri ilə görüşü də təşkil olunur. Həmçinin qızların təhsil ala bilməsi istiqamətində ciddi iş aparırıq".
K. Ağazadənin sözlərinə görə, qızların gələcək planları yalnız təhsillə bağlıdır: "Qızlar sığınacaqda qalmaq, burada təhsillərini davam etdirmək, bir müddətdən sonra evə qayıtmağı düşünürlər. İndi onların fikirləri təhsil almağa hədəflənib. Qızların ikisi də doqquzuncu sinfə qədər oxuyublar. Müəyyən məsələlərə görə təhsilləri yarımçıq qalıb. Onlar ya peşə məktəbində ya da kollecdə təhsil ala bilərlər. Biz də bu istiqamətdə işimizi davam etdiririk".
Xatırladaq ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Polisə müqavimət ittihamı ilə Ramiz Umudovun barəsində olan iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, o, 10 gün müddətinə həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya