Guardian: Rusiya ordusu “ət maşını” taktikasından istifadə edir
Yusif Nəzərli
10:00 27.07.2025
Dünya
414
Rusiya ordusu Donbasda kamikadze taktikası ilə, yavaş da olsa, irəliləməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" nəşrinin reportajında bildirilir.
Regionda müdafiə mövqelərində dayanan Ukrayna hərbçiləri bildirirlər ki, rus qoşunları “hiyləgər və insan itkisi baxımından baha başa gələn” bir müharibə aparır:
“Bəzən bir neçə rus əsgəri kəndin yaxınlığında bayraq qaldırır. Bir neçə dəqiqə sonra biz onları məhv edirik. Düşmən şüurlu şəkildə hücum dəstələrini qurban verir ki, guya irəliləyiş əldə etdiklərini göstərsin. Onlar sadəcə görüntü naminə çoxsaylı itkilər verirlər”.
Hərbçilər Rusiyanın hücum planını da belə təsvir edir: əvvəlcə tanklar irəliləyir, arxasınca isə zirehli texnika və piyadalarla dolu yük maşınları gəlir. Məqsəd nəyin bahasına olursa-olsun müdafiə xəttini yarmaqdır.
31-ci mexanikləşdirilmiş briqadanın kapitanı Viktor Danyşçuk isə etiraf edir ki, Ukrayna ordusunun texniki imkanları məhduddur:
“Bizim yeganə yolumuz döyüşü davam etdirməkdir. Biz torpağımızı müdafiə edirik”.
Qeyd edək ki, 54-cü ayrı mexanikləşdirilmiş briqada və 81-ci aeromobil briqadası hazırda 11-ci korpus tərkibində Severodonetsk istiqamətində rusların genişmiqyaslı hücumunun qarşısını alıb.
Rusiya ordusu Severodonetsk istiqamətində vaxtaşırı böyük hücumlar təşkil edir. May–iyun aylarında qonşu Beloxorivka kəndinin itirilməsindən sonra bu istiqamətdə təzyiq daha da artıb.
Severodonetskə nəzarətin saxlanılması isə Rusiyanın Slovyansk istiqamətində irəliləyişini əngəlləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm