Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv olunub.
Bu barədə Sherg az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən (AZAL) məlumat verilib.
Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq.
Qeyd olunub ki, aviaşirkətdə bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.