Gəncədə qadın kəsici alətdən xəsarət alıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
1993-cü il təvəllüdlü Aysel Qurbanova aldığı xəsarətlərlə xəstəxanalardan birinə yerləşdirilib.
Qadının kim tərəfindən və hansı şəraitdə xəsarət alması ilə bağlı polis tərəfindən araşdırma aparılır.