Bakının tıxac problemi yol problemi deyil: Şəhəri yüngülləşdirəcək 7 təklif

  • "Sadalananlar tətbiq olunarsa biz Bakını həm ekoloji fəlakətdən, həm də tıxac zülmündən xilas edə bilərik" 

Bakı əhalisini tıxac əzabından xilas etmək üçün müxtəlif üsullar, variantlar illərdir təklif olunur. Bunlardan hansı biri reallaşıb, demək çətindir.

Gözə görünən avtobus zolaqlarının çəkilməsidir ki, bunun tam effektiv olmadığı da bəllidir. Çünki avtobus marşrutlarının hamısını zolağa salmaq mümkün deyil. Onsuz da dar olan yollarımız zolaqların mikromobilliyə görə bir neçə hissəyə ayrılması səbəbindən daha da daralıb, dünyanın ən dar boğazı olan Bosfor boğazına oxşayır az qala. 

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli tıxacların qarşısının alınması variantı kimi estakada tipli yolötürücülərinin quraşdırımasını təklif edib. Sherg.az-a açıqlamasında İ.Hüseynli nəqliyyat mütəxəssisi olmasa da, tıxac probleminin həllinə faydalı ola biləcək təklifləri 2 il əvvəl də irəli sürdüyünü xatırlatdı: 

- Bakının tıxaclardan xilas planı üçün bir neçə təklifimiz olub;  

1.Bütün Universitetlər kampuslarla təmin olunmaqla regionlara və șəhər kənarına köçürülməlidir.

2.Neftçilər șəhərciyi yaradılmalıdır(Ələt iqtisadi zonada) və SOCAR daxil olmaqla bütün ișçılər köçürülməlidir.Inzibati binalar da daxil olmaqla.

3.Dəniz taksiləri fəaliyyətə bașlamalıdır.Eyni zamanda regionlardan Bakıya gəmilərlə sərnișindașınma iși qurulnalıdır(Astara,Neftcala,Xaçmaz,Pirallahı və.s)

4.Nazirliklər Bakıdan çıxarılmalıdır.

5.Sumqayıt-Bakı,Ələt-Bakı marșrutları üzrə metrobus sistemi qurulmalıdır.

6.Səhiyyə və təhsil müəssisələrində çalıșan bütün həkim və müəllimlərin "hər kəs evinə yaxın müəssisədə" prinsipi üzrə könüllü olaraq yerdəyișməsini təmin etmək lazımdır.

7.Qarabağa qayıdıș prosesində digər region vətəndașlarının da könüllü iștirakına imkanlar yaradılmalıdır.

Hesab edirəm ki, bu sadaladıqlarım tətbiq olunarsa biz Bakını həm ekoloji fəlakətdən, həm də tıxac zülmündən xilas edə bilərik.