Şarl Mişel iki lideri bir araya gətirəcək - ŞƏRH
Yusif Nəzərli
23:08 18.02.2024
Siyasət
395
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın sülh danışıqlarının davam etdirilməsi barədə Münxendə razılığa gəlmələri faktını olduqca müsbət irəliləyiş hesab edirəm.
Bu barədə AZƏRTAC-a beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycanda sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilən ikitərəfli görüşünün yekunlarını şərh edərkən deyib. Bu, ötən ilin sentyabrında Qarabağ regionunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra birinci görüş idi.
Agentliyin həmsöhbəti növbəti görüşün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcəyini ehtimal edərək vurğulayıb ki, Şarl Mişel iki ölkənin liderlərinə sülh sazişi və sərhədlərin delimitasiyası üzrə danışıqlarda irəliləyişə nail olunmasında kömək etmək məsələsində sınanmış təcrübəyə malikdir.
Şərti sərhəddə bu yaxınlarda Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnən insidentə gəlincə, Metyu Brayza bunun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyənlər və faktiki olaraq hazırkı vəziyyətin davam etməsindən xeyir güdənlər tərəfindən növbəti təxribat olduğunu bildirib.
“Baş nazir Nikol Paşinyan bəyan edəndə ki, Azərbaycan irimiqyaslı müharibəyə hazırlaşır, mən çox məyus oldum. Çünki bu, həqiqətə uyğun deyildi. Sübut etməyə çalışmıram, lakin mənə elə gəlir ki, bu yaxınlardakı eskalasiya və fevralın 12-də Ermənistan tərəfindən atəş də onun Azərbaycan ilə sülh istəməyən siyasi opponentlərinin reaksiyasının bir hissəsi idi. Yəni indi doğrudan da münasib vaxtdır, fikrimcə, Şarl Mişel iki lideri bir araya gətirəcək və Paşinyan həqiqətən görüşdə iştirak etsəydi, çox yaxşı olardı. Çünki bu, vəziyyətin gərginliyinin azaldılmasına kömək olacaq”, - deyə ekspert sonda bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region