Misir Qətərin investisiya layihəsindən 3.5 milyard dollar əldə edəcək
08:51 08.11.2025
Dünya
595
Cari ilin dekabr ayında Misir “Aləm ər-Rum” şəhəri layihəsi üzrə 3.5 milyard dollar əldə edəcək. Bundan başqa, razılaşmaya əsasən, Misir orada tikiləcək yaşayış binalarından da pay alacaq.
Trend xəbər verir ki, bunu Misirin Baş naziri Mustafa Mədbuli deyib.
Bildirilib ki, Qətər dövləti Misirin şimalında Matruh vilayətində “Aləm ər-Rum” layihəsinə təxminən 30 milyard dollar sərmayə qoyacaq. Qətərin “Diyar” şirkətinin həyata keçirdiyi layihənin ümumi sahəsi 20.5 milyon kvadratmetrdir. Burada ilin hər fəslində fəaliyyət göstərəcək müasir şəhər salınacaq, otellər, yaşayış məhəllələri, ticarət mərkəzləri, xəstəxanalar, məktəblər və universitetlər tikiləcək.
Baş nazirin sözlərinə görə, layihə çərçivəsində 250 mindən çox daimi və müvəqqəti iş yeri yaradılacaq. Eyni zamanda, Misir büdcəsinə vergilər və rüsumlardan əlavə, gəlirlər daxil olacaq. Mədbuli əlavə edib ki, 2030-cu ilə qədər ölkənin şimal sahili 17 milyon nəfəri qəbul edə biləcək imkana sahib olacaq.
Qeyd olunur ki, “Aləm ər-Rum” layihəsi Qətərin dünyadakı ən iri daşınmaz əmlak layihələrindən biri sayılır.
Digər tərəfdən Baş nazir bildirib ki, Misir gələn bazar günü beynəlxalq şirkətlərlə rabitə sahəsində 50 müqavilə imzalayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə