“Antiinhisar xidməti sui-istifadə hallarına qarşı nəzarəti artırmalıdır”
Yusif Nəzərli
13:49 24.01.2022
İqtisadiyyat
709
Yanvarın 18-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini hökumətə təqdim etmələri tapşırılıb.
Hazırlanacaq çevik və kompleks antiinflyasiya proqramının qısamüddətli dövrdə hökumətə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə biləcəyi izah edilib.
İnflyasiyanın formalaşmasında monetar və qeyri-monetar amillərə nəzarət, ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması kimi məsələlərə xüsusi diqqət yetirilib.
Həmçinin elektron ticarətin, rəqəmsal ödənişlərlə bağlı vəziyyətin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi qeyd olunub.
Günü-gündən Azərbaycanda qiymətlər artır. İnsanlar həm maddi, həm mənəvi bu vəziyyətdən təsirlənir. Bahalaşmanın tüğyan etdiyi bir halda bir sıra tədbirlər həyata keçirilir. Ancaq atılan addımların nələrlə nəticələnəcəyi məlum deyil.
Görəsən, antiinflyasiya proqramı uğurlu olacaqmı? Yeni bir sfera yarada biləcəkmi?
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli 2022-ci ildə inflyasiyanın 2021-ci ilə nisbətən daha az olacağının proqnozlaşdırılıdığını bildirib:
“Bu təkcə Azərbaycanda yox, qlobal miqyasda da belə olacaq. Əsas səbəbləri bunlardır ki, Amerika Mərkəzi Bankı dolların dəyərinin artırılması, dünyanın Mərkəzi Bankları da öz valyutalarının dəyərinin artırılması istiqamətində addımlar atacaq. İnflyasiyanın mübarizə tədbirləri çərçivəsində faiz dərəcələrini artıracaqlar. Pulun dövriyyədə çox olması Amerika, Avropa və inkişaf etmiş ölkələr tərəfindən dönərli valyutaların dövriyyəyə çox buraxılması pulun dəyərini kəskin şəkildə aşağı salıb. Bu da, qiymətləri artıran amillərdəndir”.
Ekspert qeyd edib ki, dünyada daşıma qiymətləri kəskin yüksəlib:
“Bunun tədricən aşağı düşəcəyi gözlənilir. İlin ikinci yarısından dünya qlobal dəyər zənciri ilə olan problemlər öz axarına düşəcək. Çünki bahalaşan, yəni idxal vasitəsilə Azərbaycan bazarına və dünya əhalisinə təsir göstərən qiymətləri insanlar çox rahat həzm edə bilmir. Qiymət artımının sonları yaxınlaşır. Həmçinin Azərbaycan Mərkəzi bankının bahalı pul siyasəti həyata keçirməyə başlaması inflyasiyanın zəifləməsinə gətirib çıxaracaq. İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, beynəlxalq təşkilatların proqnozları bunu göstərir”.
İqtisadçı-ekspert antiinflyasiya tədbirləri əsasında süni qiymət artımının qarşısının alına biləcəyini qeyd edib:
“Hökümətin antiinflyasiya tədbirləri ilə bağlı iş daha çox İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın üzərinə düşür. İqtisadiyyat Nazirliyinin antiinhisar xidməti, xüsusilə, bazara təsir göstərə bilən, hökmran mövqeyə sahib olan inhisarçıların fəaliyyətini nəzarət altına almalıdır. Çünki onlar şəraitdən istifadə edib lazımından artıq qiymət artımına getməsinlər. Beləliklə, süni qiymət artımının qarşısı alınar”.
X.Kərimli bunların daxili idxalçıların və ya istehsalçıların günahı olmadığını vurğulayıb:
“Son 18 ay ərzində dünyada qiymət artıb. Qlobal ərzaq qiymətləri indeksi 35 faizdən çox bahalaşıb. Təkcə buğda qiymətləri dünya bazarında 50 faizə qədər artıb. Antiinhisar xidməti sui-istifadə hallarına, bazarda mövqe tutan subyektlərə nəzarəti artırmalıdırlar. Və artırırlar”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı