Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana silahlı qüvvələrin dəstəklənməsi üçün 30 milyon avro ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə bu gün İrəvanda keçirilən Ermənistan–Avropa İttifaqı sammitinin yekunlarına dair birgə bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, ayrılan vəsait iki mərhələdə yardım paketini əhatə edir:
“Bu yardım Ermənistanın dayanıqlığının gücləndirilməsinə, eləcə də onun silahlı qüvvələrinin gələcəkdə beynəlxalq missiya və əməliyyatlarda, o cümlədən Avropa İttifaqının rəhbərliyi ilə keçirilə biləcək təşəbbüslərdə iştirakına hazırlığın artırılmasına yönəlib".
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü il iyulun 23-də ilk dəfə olaraq Ermənistana bu fond vasitəsilə 10 milyon avro yardım ayırıb. Daha sonra 2026-cı il yanvarın 30-da əlavə 20 milyon avro ayrılması barədə qərar qəbul olunub.