Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 64 min 300 ton duz istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 % çoxdur.

Təkcə avqustda isə ölkədə 4 min 643 ton duz istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 35 % azdır.

Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 22,3 min ton hazır məhsul ehtiyatı olub

2025-ci ildə Azərbaycanda 85 min 389 ton duz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5 % azdır.