Bundan başqa şəxsiyyət vəsiqəsi və mobil nömrə də tələb olunur. Lakin bu hal müştərilərdə narazılıq yaradıb. İnsanlar bunun qeyri-qanuni olduğunu düşünürlər. Çünki banklardan əvvəl bu işlə məşğul olan valyuta dəyişmə məntəqələrində nəinki bu cür sorğular aparılırdı, heç şəxsiyyəti təsdiq edən sənəd belə tələb olunmurdu.
Bank müştəridən pulun mənbəyini niyə soruşur? – Təzyiq !
Fidan Həmişəyeva
13:28 14.08.2020
İqtisadiyyat
1572
“Əsas məqsədi dolların alınmasını məhdudlaşdırmaqdır”
"Banklarımıza qeyri-rəsmi göstəriş verilib ki, insanlara psixoloji təzyiq göstərsinlər”
Son aylar banklarımızda qəribə tendensiya müşahidə olunur. Vətəndaşların bir qismi sorğu-suala tutulur. Banklar dollar alışını və ya satışını həyata keçirən müştərilərdən müəyyən informasiya əldə etməyə çalışırlar. Dollar almaq istəyənlərdən gəlir mənbəyinə dair bəzi sullar ünvanlayırlar. Eyni zamanda vətəndaşların iş yerləri, aylıq gəlirləri, aldıqları dolların təyinatı barədə anket doldurulur.
Bundan başqa şəxsiyyət vəsiqəsi və mobil nömrə də tələb olunur. Lakin bu hal müştərilərdə narazılıq yaradıb. İnsanlar bunun qeyri-qanuni olduğunu düşünürlər. Çünki banklardan əvvəl bu işlə məşğul olan valyuta dəyişmə məntəqələrində nəinki bu cür sorğular aparılırdı, heç şəxsiyyəti təsdiq edən sənəd belə tələb olunmurdu.
Vəziyyəti dəyərləndirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov“Sherg.az”a bildirib ki, qanunvericiliyə əsasən bank müştərinin təqdim etdiyi pul vəsaitinin mənbəyi ilə maraqlana bilər. Bu da “çirkli” pulların “yuyulması” çərçivəsində atılan addımdır:
“Qanunvericiliyin prinsiplərindən biri odur ki, bank müştərisini tanımalıdır və müştərinin gəlir mənbəyi barədə informasiyaya malik olmalıdır. Bu sorğu-sual bütün dünya banklarında var. Təbii ki, xırda “exchange”lərdə pulun mənbəyi soruşula bilməz. Daha doğrusu “exchange”lər bunu soruşmur. Çünki müştərini qaçırmaq istəməzlər. Amma son dönəmlərdə “exchange”lər vətəndaşların pulu haradan və necə əldə etdiklərini soruşuq. Bu zaman hər kəsdə fikir yaranır ki, kimsə banka qeyri-rəsmi göstəriş verib. Bəli, “exchange”lərin pulun mənbəyini soruşmaq ixtiyarları var. Amma niyə indi soruşurlar?”.
Ekspertin qənaətincə, bankların əsas məqsədi dolların alınmasını məhdudlaşdırmaqdır:
“Çünki insanlarda təşviş var ki, neftin qiymətinin düşməsi ilə bağlı milli valyutda devalvasiya ola bilər. Ona görə hər kəs dollar alır. Heç kəs dollar almasın, milli valyutaya təzyiq olmasın deyə, insanlara psixoloji təzyiq olunur. Kimsə biləndə ki, ondan müəyyən informasiya alacaqlar, istər-istəməz çəkinir. Vətəndaşlara demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Çünki qanunvericiliyimizdə gəlir və xərclərin mənbəyini bəyan etmə yoxdur. Vətəndaşlar heç kəsə hesabat verməli deyil ki, pulu haradan alırlar. Təbii ki, bank soruşanda müştəri istənilən cavabı verə bilər. Amma heç kəsin pulun mənbəyini yoxlamaq səlahiyyəti yoxdur. Müştəriyə sual verdikdə əvvəlki illərdə yığdığını deyə bilər”.
Ə.Həsənov qeyd edib ki, vətəndaş avtomobil, torpaq və ev aldıqda, notarius bu qədər pulun haradan olduğunu soruşmur:
“Həmçinin vətəndaş banka gəlib manatı əmanət qoyursa, bu zaman da pulun mənbəyini soruşmurlar . Məhz dollar alanda sual-cavab olur. Çünki kimsə banklarımıza qeyri-rəsmi göstəriş verib ki, insanların savadsızlığından istifadə edib onlara psixoloji təzyiq göstərsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə