Bazarlar əvvəlki qaydada işləməlidir
Yusif Nəzərli
08:56 28.01.2022
İqtisadiyyat
669
İnhisarçılar istehsalçının qoyduğu qiyməti çox şişirdirlər
2021-ci ildə ən çox qiymətləri artan əsas ərzaq məhsulları bəlli olub, ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2021-ci ilin dekabr ayında 2020-ci ilin dekabr ayı ilə müqayisədə ən yüksək bahalaşma tərəvəz məhsullarında qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti 58,7 faiz artıb. Təkcə dekabrda ondan əvvəlki ayla müqayisədə tərəvəzlərin qiyməti 9,6 faiz qalxıb.
Ötən ilin dekabrında 2020-ci ilin dekabrına nisbətən tərəvəzlərdən sonra ən çox bahalaşma kərə və bitki yağlarında (14,1 faiz), süd və süd məhsulları, yumurtada (14 faiz), balıq və balıq məhsullarında (12,6 faiz), meyvələrdə (12,4 faiz), qənd, cem, bal, şokolad və konfetlərdə (12,1 faiz) olub.
Həmçinin çörək, çörək məmulatları və yarmalar 11 faiz, çay, qəhvə, kakao 8 faiz, tütün məmulatları 8,3 faiz, ət və ət məhsulları 4,3 faiz qalxıb.
Ərzaq bazarında qiymətlərin artması ilə bağlı problemi “Şərq”ə şərh edən iqtisadçı-ekspert Elşad Məmmədov Azərbaycanda yerli resurslar tərəfindən lazımi həcmdə kənd təsərrüfatı məhsullarının istehsal olunmadığını bildirib.
“Yerli sahibkar məhsulu yetişdirsə belə onun bazara çıxarılması ilə bağlı çox böyük problemlərlə üzləşir. Məhsul rayondan gəlib Bakıda satış nöqtələrinə çıxanda qiymətdə dəfələrlə fərq olur. Bazarların olmaması, iri supermarketlər tərəfindən kənd təsərrüfatı məhsulları dövriyyəsinin artması bu istiqamətdə problemlərin çoxalmasına səbəb oldu. Bu şəbəkələr istehsalçının qoyduğu qiyməti müəyyən hallarda dəfələrlə şişirdir. Ancaq fundamental problem ölkədə lazımi dərəcədə daxili istehsalın olmaması və yetişdirilən məhsulun da müəyyən hissəsinin ixrac olunmasıdır. Bu zaman daxili bazara yetərli həcmdə yerli məhsul qalmır və ölkəyə lazım olan məhsullar xaricdən idxal edilir. Nəticədə müvafiq xərclər çoxalır və daxildə satış qiymətləri artır. Burada sistemli yanaşmaya ehtiyac var. Məhsulların yetişdirilməsi, emal edilməsi artırılaraq daxili istehlak bazarı lazımi səviyyədə təmin olunmayınca bu problemlər davam edəcək. Eyni zamanda dünyada inflyasiya sürətlə artır. Əgər biz vaxtında idxaldan asılılığımızı azaltmasaq məhsulların qiyməti daha da bahalaşacaq”.
İqtisadçı problemin həllinin 3 istiqamətdə aparılmalı olduğunu vurğulayıb:
“Daxili istehsal artırılmalıdır, ölkəyə idxal olunan məhsullar yerli məhsullarla əvəz olunmalıdır və inhisarçılıq aradan qaldırılmalıdır. Xüsusən, inhisarçılıqda uduzan həm xalq, həm də dövlət olur. Prosesdə ən az əziyyət çəkən ticarət şəbəkələri isə udan tərəf olur və onlar öz statuslarından istifadə etməklə qiymətlərin artmasına şərait yaradırlar.
Qiymət artımının mart və ya hansısa digər ayla məhdudlaşmasını gözləmək düzgün deyil. Bunun üçün ilk növbədə istehsalçıların birbaşa satış bazarlarına çıxışı təmin olunmalıdır. Hazırda bazarlar bir-bir bağlanır, yerində isə yeni binalar tikilir və ya iri supermarketlər açılır. Bu, destruktiv yanaşmanın göstəricisidir və yolverilməzdir. Bazarlar əvvəlki qaydada işləməlidir. Amma bu zaman bazarlarda da inhisarçıların yaranmasına və burada qiymətləri şişirmələrinə icazə verilməməlidir. Bazarların mövcud olma səbəbi odur ki, istehsalçı ilə alıcı arasında birbaşa əlaqə olsun. Bu yolla qiymətləri xeyli dərəcədə aşağı salmaq mümkündür”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı