“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşdü

Dünya kriptovalyuta bazarında son qiymətlər məlum olub.

Trend dünya kriptovalyuta birjasına istinadən xəbər verir ki, ən bahalı kriptovalyuta hesab edilən "Bitcoin"in qiyməti son bir həftədə 10,25% azalaraq, 76 804 dollar təşkil edib.

Eyni zamanda, "Eterium"un qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu kriptovalyutanın dəyəri son bir həftədə 21,77% azalaraq, 1 462 dollar olub.