Böyük ehtimalla devalvasiya olmayacaq
04:05 19.01.2022
İqtisadiyyat
372
Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir
“Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib”. Bu barədə bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov deyib. Ekspert bildirib ki, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi ilə alır: “Banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər.
Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar. Ancaq ala bilmirlər. Mərkəzi Bank satışı məhdudlaşdırıb. Digər tərəfdən bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də çıxır. 2015-ci ilin fevral və dekabr aylarında da dollar tapmaq mümkün deyildi. Lakin böyük ehtimalla devalvasiya olmayacaq. Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır”.
Ə.Həsənov hesab edir ki, kimlərsə “qara bazara” pas ötürür, onu təşviq edir: “Dollara çox ehtiyacı olan sahibkarlar naəlac qalıb “qara bazara” üz tuturlar və oradan istədikləri qədər dollar alırlar. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə alırlar. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20 min manatlıq limitin tətbiq olunması “qara bazarı” aktivləşdirib. Bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Ən əsası isə ölkədə sahibkarlıqla məşğul olmaq istəyən, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul da azalacaq, iqtisadi aktivlik də. Ona görə də rəsmi məzənnə varsa, valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət