“Dolların möhkəmlənməsi və neftin ucuzlaşması manata təzyiq formalaşdırır”
Nihat Müzəffər
11:18 02.08.2019
İqtisadiyyat
1084
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25 faiz səviyyəsinə endirib. FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib. Bu barədə məlumat verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, əvvəla investorlar 50 bənd azlamanın olacağını gözləsələr də FED 25 bəndlə kifayətləndi. FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Bir sıra Mərkəz Bankların o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəynatı da bazara təsir etməkdədir.
Maraqlıdır, FED-in bu qərarı Azərbaycan manatına necə təsir göstərəcək?
Sualımızı cavablandıran iqtisadçı- ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, hazırda manatın məzənnəsinə birbaşa təsir edən amil neftin qiymətidir:
“Dünya bazarında FED-in qəbul etdiyi qərarın Azərbaycan manatına təsiri 0,2-0,3 faizdir. Manatın məzənnəsinə 90-95 faiz neftin qiymət dinamikası təsir göstərir. Yəni, FED-in qərarlarının manata təsiri çox azdır. Iki gündür, dünya bazarında neftin qiymətinin azalması hiss olunur. Bu qiymət azalması manata daha çox təsir edə bilər nəinki FED-in qərarı. Amma nəzərə almaq lazırmdır ki, ilin birinci yarısında valyuta ehtiyatları təxminən 4 milyard ABŞ dolları həcmində artıb. Yəni hazırda neftin ucuzlaşması da manatın məzənnəsinə ciddi təsir etmir. Lakin istənilən halda dünya bazarında ABŞ dollarının mövqeyinin müəyyən qədər möhkəmlənməsi, neftin qiymətinin azalması manata təzyiq formalaşdırır. Bu həm psixoloji, həm də ölkəyə daxil olan valyutalar həcmində öz təsirini göstərir. Amma dövlət rəsmiləri haqlı olaraq bu təsirləri daxili bazarda neytrallaşdırmağa çalışacaqlar. Mərkəzi Bank sədri açıqlamasında bildirib ki, manatın hazırkı məzənnəsini ilin sonuna kimi sabit saxlamağa imkanımız var. Yəni manatın məzənnəsi il ərzində sabit qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya