“Əhalinin sosial rifahı ilə bağlı məqsədyönlü, sistemli addımlar atılır” - Deputat
Fidan Həmişəyeva
14:53 20.09.2019
İqtisadiyyat
973
Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması sahəsində mühüm addımlar atılmaqdadır. Eyni zamanda əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunur. Ölkəmizdə insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir.
Ölkəmizdə güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Azərbaycan xalqı prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.
Prezidentin həyata keçirdiyi siyasətin sosialyönümlü olduğunu deyən millət vəkili Elman Nəsirov “Sherg.az”a bildirib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır.
Deputatın sözlərinə görə, dövlət başçısının prezidentlik dövrünə nəzər salsaq, bir daha əmin olarıq ki, əhalinin sosial rifahı ilə bağlı məqsədyönlü, sistemli və ardıcıl şəkildə çox ciddi addımlar atılıb:
“2019-cu ildə bu istiqamətdə daha ciddi addımlar atıldığının şahidiyik. Sosial paket şəklində təqdim olunan bu addımlar ilk növbədə Prezidentin siyasi iradəsinin ifadəsidir. Eyni zamanda bunları həyata keçirmək üçün bizim maliyyə imkanlarımız var. Bu, çox önəmli məsələdir.
Cənab Prezidentin xüsusi kateqoriyada olan insanlara diqqəti bütün cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.
Şəhid ailələri, məcburi köçkün və qaçqınlar, müharibə veteranları, müharibə əlilləri ilə bağlı verilən qərarlar, o cümlədən valideynlərini itirmiş uşaqlara və çoxuşaqlı analara müavinətin, minimum əmək haqqının və pensiyaların qaldırılması, tələbələrin təqaüdünün artırılması mühüm islahatlardır.
Hər bir vətəndaş görülən tədbirləri öz sosial rifahında hiss edir. Prezidentin öz xalqına olan diqqət və qayğısı hər addımda özünü biruzə verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya