Ən optimal yol: “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin !”
Fidan Həmişəyeva
11:17 07.08.2020
İqtisadiyyat
1055
“Elə ailələr var ki, orada bir uşaq olur. Validyenlərin hər ikisi işləyir və uşaq puluna ehtiyacları yoxdur”
“Aztəminatlı ailələrə hər uşaq üçün ən azı 100 manat verilməlidir”
Ölkəmizdə uşaq pulu məsələsi yenidən gündəmə gəlib. Millət vəkili Tahir Kərimli Parlamentdə çıxışı zamanı bildirib ki, ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Deputat qeyd edib ki, pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaq pulu isə strateji məsələdir:
“600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaq pulu verilsəydi, daha yaxşı olardı. Pensiya qocalar üçün sığorta puludur, uşaq pulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı:
“Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaq pulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Uşaq pulu Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaq pulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq. Bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Valyuta ehtiyatımız var, onun ildə 1 milyardını bunun üçün ayıraq. Populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”
Deputatın təklifini "Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından uşaq pulunun bərpa olunması və verilməsi təbii ki, müsbət addım ola bilər. Ekspertin qənaətincə, uşaq pulu bərabərlik prinsipinə uyğun olmalı deyil. Yəni hamıya az məbləğ verməkdənsə, ehtiyacı olan ailələrə daha çox məbləğin verilməsi məqsədəuyğundur:
“Elə ailələr var ki, orada bir uşaq olur. Validyenlərin hər ikisi işləyir və uşaq puluna ehtiyacları yoxdur. Onları bu yardımdan kənarda qoyub daha aztəminatlı ailələrə yüksək məbləğdə vəsaitin ayrılması məntiqli olar.
Çünki ölkədə 18 yaşına qədər olan uşaqların sayı təxminən 3 milyona yaxındır. Uşaqların hamısına 40-50 manat vermək yaxşı hal deyil. Çünki, bu, həm dövlət büdcəsinə böyük yük olacaq, həm də effekt verməyəcək”.
İqtisadçı vurğulayıb ki, sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə hər uşaq üçün ən azı 100 manat verilməlidir:
“Bu məbləğ həmin ailələrin dolanması və uşaqların normal keyfiyyətli təhsil, yemək imkanları üçün uğurlu addım ola bilər. Ona görə də hər kəsə bərabər bölüşdürməkdənsə, müəyyən kateqoriyalara üstünlük verilməsi ən optimal yoldur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm