Əsrin müqaviləsi ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi
Fidan Həmişəyeva
12:58 17.09.2019
İqtisadiyyat
924
20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi rəsmiləşdirilib.
Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynayıb. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
“Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltdi. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra, böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilib. Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyəti artdı. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi beynəlxalq tərəfdaşdır. Neft müqavilələrindən əldə edilən gəlir Azərbaycanın simasını büsbütün dəyişib. Əldə edilmiş gəlir sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl “insan kapitalı” naminə istifadə edilib. Bir sözlə, əsrin müqaviləsi ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban “Sherg.az”a deyib ki, müstəqil Azərbaycanın həm iqtisadi, həm beynəlxalq aləmdəki nüfuzu baxımından baş verən bütün dəyişikliklər 1994-cü ilin 20 sentyabrında imzalanmış müqavilənin nəticələri ilə birbaşa olaraq bağlıdır:
“Bunu başa düşmək üçün bir neçə fakt sadalamaq lazımdır. 2014-cü il sentyabrın 1-nə qədər "Azəri-Çıraq”, "Günəşli” yataqlarından Azərbaycanın neft fonduna gələn qazanc 106 milyard dollar olub. Bu, dövlətin xalis gəliri deməkdir. Bundan əlavə, Azərbaycanın digər qazancları da olub. Məsələn, "Əsrin müqaviləsi”ndə pay sahibi olan Azərbaycan Dövlət Neft Şirkətinin öz qazancı da var. Bundan əlavə, xarici neft şirkətləri 1995-ci ildən başlayaraq həm dövlət büdcəsinə, həm də Dövlət Sosial Müdafiə Fonduna vergi ödəyirlər. Bundan əlavə, müxtəlif sosial layihələr həyata keçirilir. Azərbaycanın digər qazancları da olur”.
İ.Şaban qeyd edib ki, “Əsrin müqaviləsi”ndən dövlət büdcəsinə 15 milyarda yaxın bu və ya digər səpkidə də vergilər daxil olub:
“Dövlət Neft Fonduna gələn vəsaitlə cəmləsək, Azərbaycan tərəfi 140 milyard bu müqavilədən gəlir əldə edib. Təbii ki, bu vəsaitlərin bir hissəsi xərclənib. Ümumilkdə “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafında, möhkəmlənməsində böyük rola malikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi