Hökumət sosial paketlərlə həddindən artıq yüklənib
İsmayıl Qocayev
08:28 07.09.2019
İqtisadiyyat
765
Uşaq pullarının verilib verilməyəcəyi ailələri düşündürür. Ümidini Milli Məclisin payız sessiyasına bağlayanlar da var ki, bəlkə nəsə bir yenilik oldu. Hərçənd Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev KİV-ə açıqlamasında ünvanlı sosial yardım paketinin mövcud olduğu bir vaxtda uşaq pullarının bərpasının mümkün olmadığını deyib və səbəbləri də izah edib. Bununla belə vətəndaşlar yenə ümidlidir. İqtisadçılar da belə hesab edir ki, ünvanlı sosial yardım paketləri əhalinin aztəminatlı hissəsinin maddi çətinliklərini az və çox, yenə də qarşılayır. Uşaqlar üçün müavinətlər də büdcəyə yüklənərsə, bu, iqtisadiyyatımıza əlavə yük olar.
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, problemlərin həllinə real yanaşılmalıdır:
- Aztəminatlı ailəyə uşaq pulu verilsin, təminatlı ailəyə yox, əmək haqqı yüksək olanlarla aşağı əmək haqqı alanlar fərqləndirilsin və sair bu kimi yanaşmalar kökündən səhvdur. Sosial yardım paketləri dünyanın ən müasir modellərinə uyğun həyata keçirilməlidir. İlk növbədə onu deməliyəm ki, uşaq pulu anlayışı, yəni uşağa görə ödəniş demoqrafik problem yaşanan ölkələrdə tətbiq edilir. Məsələn, Çin hökuməti əks proqram həyata keçirib. Bir ailə - bir uşaq prinsipi.
Əhali sayı durmadan artır axı. Amma məsələn, Norveç, İslandiya, Danimarka kimi ölkələrdə əhali sayının getdikcə azalması hökuməti əhali sayının artımına yönələcək proqramlar həyata keçirmək məcburiyyətində qoyur və belə ölkələrdə hər uşağa görə böyük məbləğ təyin olunur. Bir sıra güzəştlər tətbiq edilir. Yəni bu cür proqramlar əhali sayı az olan ölkələrdə tətbiq edilir. Azərbaycanda, şükür Allaha, demoqrafik problem yoxdur. Bizim əsas problemimiz əmək haqlarının istehlakçı səbətinə uyğunlaşdırılmasıdır. Belə olarsa, inandırım sizi, sosial paketlərə ehtiyac da qalmayacaq. Hazırda hökumət sosial paketlərlə həddindən artıq yüklənib.
Sosial paketlər əməlli-başlı şaxələnmiş haldadır. Bu predmetdən ümumiyyətlə kənarlaşmaq lazımdır. Bir pəncərə sistemi tətbiq edilməlidir. Əmək haqqı o səviyyəyə çatdırılmalıdır ki, vətəndaş aldığı maaşla özünü təmin etsin, daha sosial paketlərə də ehtiyac duymasın. Düzdür, sovetlərdə demoqrafik problem yox idi, amma uşaq pulu verilirdi.
Mən bunu sovet sisteminin uğurlu modellərindən hesab edirəm. Bir çox ölkələr, hətta ABŞ kimi inkişaf etmiş dövlət, Almaniya da sovetlərin sağlam modellərindən istifadə edir. Amma təbii ki, müasir dünyada başqa uğurlu modellər də var. Biz çalışmalıyıq ki, iqtisadiyyatımızı, büdcəmizi sosial paketlərlə yükləməyək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm