İlin sonuna kimi neftin qiyməti qalxmayacaq - PROQNOZ
Nihat Müzəffər
12:47 24.09.2019
İqtisadiyyat
1421
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Eyni zamanda Səudiyyə Ərəbistanının və ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.
Maraqlıdır, həm bazarda neft istehsalının azalması, həm də regiondakı geosiyasi vəziyyətin gərginləşməsi neftin qiymətinə necə təsir göstərəcək?
Sualımızı cavablandıran Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, bu olay yalnız baş verdiyi vaxt neftin qiymətinə təsir göstərdi:
“Həmin vaxt dünya bazarında neftin qiyməti 71 dollara kimi yüksəldi. Amma sonralar Səhudiyyə Ərəbistanının neft hasilatının yarısını qısa müddətdə bərpa edib bazara çıxarması, “qara qızıl”ın qiymətini endirməyə başladı. Hazırda da neftin bir bareli 63-65 dollar civarındadır. Lakin hadisə zamanı bir çox araşdırmaçılarla neftin qiymətinin 80-100 dollara qədər artacağını proqnozlaşdırdıq. Amma hasilat qısa zaman kəsiyində bərpa olunduğu üçün belə bir dinamika müşahidə edilmədi”.
İ.Şaban onu da söyləyib ki, ilin sonuna kimi neftin qiymətində artımın olmayacağı proqnozlaşdırılır:
“Çünki dünya iqtisadiyyatında səngimələr müşahidə olunur. Bir tərəfdən də ABŞ və Çin arasındaskı iqtisadi müharibə güclənir. Bu kimi faktorlardan dolayı neftin qiyməti aşağıya doğru meyl edir. Zaman-zaman siyasi proseslər neftin qiymətini artırsa da, sonralar qiymətlər öz məcrasına qayıdır. Ümumi olaraq neftin bir bareli ilin sonuna kimi 60-65 dollar civarında müəyyənləşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya